...

ABŞ Özbəkistanda hərbi bazanın yerləşdirilməsi məsələsini nəzərdən keçirmir – amerikalı diplomat (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 İyun 2009 16:03 (UTC +04:00)
ABŞ Özbəkistanda hərbi bazanın yerləşdirilməsi məsələsini nəzərdən keçirmir – amerikalı diplomat (ƏLAVƏ OLUNUB)

"ABŞ-ın Qazaxıstandakı səfiri Riçard Houqland Özbəkistanda hərbi bazanın yerləşdirilməsi ilə bağlı informasiyanı təkzib edib", - QazTAG agentliyi yazır.

"Hazırda Özbəkistanda hərbi bazanın yerləşdirilməsi məsələsi nəzərdən keçirilmir", - Houqland çərşənbə günü Qazaxıstanda mətbuat konfransında deyib.

Bununla yanaşı, o əlavə edib ki, Özbəkistan hökuməti Nəvai hava limanından Əfqanıstandakı hərbçilərə dəstək məqsədi ilə "ölümcül təhlükə yaratmayan" məhsulların daşınması üçün istifadə etmək təklifini verib.

"Hava yolu ilə bu hava limanına gələn məhsullar sonradan yük avtomobilləri vasitəsilə Əfqanıstana aparılır. Ancaq bunlar hərbi yüklər deyil", - səfir aydınlaşdırıb.

O, xatırladıb ki, müzakirələrin lap başlanğıcında müdafiə naziri bildirmişdi ki, Qırğızıstandakı baza bağlanarsa, alternativ variantlar olacaq.

"Və biz bu variantları öyrənməkdə davam edirik", - Houqland bildirib.

Ümumilikdə, səfir qeyd edib ki, bu gün bir çox KİV ABŞ-ın Mərkəzi Asiyada hərbi baza yerləşdirmək niyyəti haqqında danışır və vurğulayıb ki, "belə mülahizələr yanlışdır".

Xəbər lenti

Xəbər lenti