...

İranda seçkilər günü SMS-ismarıc göndərilməsi sistemində yaranan nasazlıq şübhə doğurur – komitə başçısı

Siyasət Materials 12 İyun 2009 13:10 (UTC +04:00)
İranda seçkilər günü SMS-ismarıc göndərilməsi sistemində yaranan nasazlıq şübhə doğurur – komitə başçısı

"İranda prezident seçkiləri günü SMS-ismarıc göndərilməsi imkanının olmaması şübhə doğurur", - seçicilərin səslərinin qorunması üzrə komitənin sədri Əli Əkbər Mohtaşamipur deyib, - ILNA. agentliyi xəbər verib

Onun sözlərinə görə, məhz SMS-ismarıclar vasitəsilə onun başçılıq etdiyi komitə seçki məntəqələrində qeydə alınan qanun pozuntuları barədə məlumat alacaqdı.

Mohtaşamipur bildirib ki, alınan xəbərlərə görə, İranın Rabitə Nazirliyi SMS-ismarıc göndərilməsi sistemindəki nasazlıqları bilərəkdən yaradıb. "İyunun 11-də səhər problem yaranmışdı. Yalnız bizim müdaxiləmizdən sonra bu nasazlıq günortadan sonra aradan qaldırıldı. Ancaq iyunun 11-də saat 23:00-dan sonra sistemdə yenidən problemlər qeydə alınıb", - o deyib.

Xəbər lenti

Xəbər lenti