Gürcüstan, Tbilisi, 15 iyun / Trend , müxbir N.Kirtsxalia /
"Kviris palitra" həftəliyinin əhali arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, 757 respondentin 37 faizi Rusiya ilə hərbi əməliyyatların təkrarlanacağından narahatdır. 34 faiz isə daxili vətəndaş qarşıdurmasından qorxur.
Gürcüstan əhalisi üçün aktual olan digər məsələlər - iqtisadi böhran, işin itirilməsi, qaydalrın pozulması, demoqrafik problemlər, kriminal vəziyyət və ənənəvi dəyərlərin itirilməsidir.
Məqalə müəllifi ilə əlaqə ünvan: [email protected]