...

Azərbaycanın ABŞ-dakı səfriliyi bəyanat verib

Siyasət Materials 16 İyun 2009 11:41 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfriliyi bəyanat verib

Azərbaycan, Bakı, 16 iyun / Trend , müxbir A.Axundov /

Amerikanın xəbərlərin və press-relizlərin yayımlanması üzrə PR Newswire xidməti bazaar ertəsi Azərbaycanın ABŞ-dakı səfriliyinin bəyanatını dərc edib. Bəyanatda deyilir ki, 2009-cu ilin iyunun 11-də Amerikanın Ermənistan Milli Komitəsinin (ANCA) ABŞ Konqresində yayımlanmış sənədi yalan faktlardan ibarətdir və mahiyyət etibarı ilə təhqiredici sənəddir.

"ANCA tərəfindən yayımlanan sənəddə deyilir ki, ABŞ 2009-cu il ilə müqayisədə 2010-cu ildə Ermənistana yardımı 38 faiz azaldacaq, Azərbaycana olunan yardımı isə 20 faiz, Gürcüstana isə 19 faiz artıracaq. ANCA ABŞ-ı ikili standartların tətbiqində günahlandırmağa çalışıb, əslində isə komitənin özü bu kimi standartlardan istifadə edir. ANCA 2009-cu ildə Ermənistan üçün ayrılmış vəsaiti 2010-cu ildə tövsiyə olunan vəsait ilə müqayisə edib, Gürcüstan və Azərbaycan üçün isə yalnız tövsiyə olunacaq vəsaiti müqayisə edib. Əslində isə Ermənistana ayrılan vəsait 2011-ci ildə 25 faiz artacaq (2009-cu il üçün tövsiyə olunan məbləğ 24 milyon dollar, 2010-cu il üçün isə 30 milyon dollar təşkil edib). Bundan əlavə 1991-ci ildə müstəqillik qazandıqdan sonra Ermənistan ABŞ-ın əsas resipiyenti olaraq bu ölkədən 1.7 milyard dollar vəsait əldə edib", - Azərbaycanın ABŞ-dakı səfirliyinin bəyanatında deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti