...

Azərbaycanın müxalifət liderləri İrandakı son hadisələri insan haqlarının pozuntusu kimi dəyərləndirirlər

Siyasət Materials 16 İyun 2009 13:57 (UTC +04:00)
Azərbaycanın müxalifət liderləri İrandakı son hadisələri insan haqlarının pozuntusu kimi dəyərləndirirlər

Azərbaycan, Bakı, 16 iyun / Trend , müxbir A.Hüseynbala / Azərbaycanın müxalifət liderləri İranda keçirilən prezident seçkisindən sonra baş verən hadisələri insan haqlarının pozuntusu kimi dəyərləndirir.

"Əgər indiki gərginlik və xalqın fəallığı nəticəsində İranda demokratikləşməyə doğru hər hansı kiçik bir addım atılarsa, təbii ki, bu müsbət hadisə olacaq", - çərşənbə axşamı Trend -a Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Trend -un arayışı: İran Prezidenti Mahmud Əhmədinejad və onun əsas opponenti Mir Hüseyn Müsəvinin tərəfdarları arasındakı bazar ertəsi gecə baş vermiş toqquşma nəticəsində yeddi nəfər həlak olub. Bu barədə İran dövlət radiosuna istinadən Associated Press xəbər verib.

İyunun 12-də keçirilən president seçkisində hazırki president Mahmud Əhmədinejadın 63,6 faiz səs çoxluğu ilə qalib gəldiyi elan edilib.

Qəmbərin sözlərinə görə, mühafizəkar qüvvələr xalqın seçim hüququnu pozmaqda davam edərlərsə, seçki saxtakarlıqları rəsmiləşərsə, repressiyalar genişlənərsə, İrandakı avtoritar rejim daha da güclənəcək.

"Təbii ki, bu nə İran xalqına, nə də regiona yaxşı heç nə vəd etmir", - Müsavat başqanı əlavə edib.

Onun fikrincə, İranın demokratikləşməsi və liberallaşması İran xalqının da maraqlarına tam cavab verir.

"İranın qonşularının, eləcə də bizim istədiyimiz məhz bu ölkənin demokratikləşməsidir", - Qəmbər vurğulayıb.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda keçirilib. Gizli səsvermənin yekunları əsasında Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Аzərbаycan pаrlаmеntinin еks-spikеri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla parlamentdə təmsil olunur. 

"İranda baş verən hadisələrin həmişə Azərbaycana birbaşa təsiri olub", - çərşənbə axşamı Trend -a Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) lideri Etibar Məmmədov bildirib.

Onun sözlərinə görə, İranda prezident seçkisindən sonra baş verən qarşıdurma bu ölkənin hakimiyyətinin insan haqlarını pozması, bütün azadlıqları məhdudlaşdırması ilə bağlıdır.

"İnsanlar arzu etdikləri azadlıqları seçki vasitəsi ilə həyata keçirmək istəyirdilər. Bu cəhdin qarşısı alındığı üçün kütləvi şəkildə etirazlarını bildirirlər", - Məmmədov qeyd edib.

AMİP liderinin fikrincə, İranda indi baş verənlər hakimiyyətin dayaqlarının laxlaması deməkdir.

"Bu prosesdə əsas göstərici isə ondan ibarətdir ki, hakim dairələrdə böyük parçalanma var", - Məmmədov əlavə edib.

АMİP 1992-ci ildə yаrаdılаn вə Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Etibar Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gediblər.

Еtibаr Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti