ABŞ, Vaşinqton,17 iyun / Trend , müxbir N.Boqdanova /
Türkiyənin Ermənistan ilə yaxınlaşması Azərbaycan və Ermənistanın qarşılıqlı əlaqələrinin inkişafında katalizator rolunu oynamalıdır, deyə Trend -a ABŞ-ın Xarici Siyasət üzrə Komitəsinin Avropa üzrə alt komitəsinin başçısı demokrat Robert Veksler (Florida) bildirib.
"Amerika hər iki prosesə böyük əhəmiyyət verir, lakin bütün tərəflər, xüsusilə Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz cəsarətlərini nümayiş etdirməlidirlər", - deyə konqresmen bildirib.
Regionda stabillik olduğu halda "beynəlxalq təhlükəzsizlik məsələsində Cənubi Qafqazın rolu artacaq", ABŞ və Türkiyə arasında parlamentin dostluq qrupunun həmsədri Veksler vurğulayib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.