...

Gürcüstanın radikal müxalifətinin gənclər qanadının liderlərindən biri həbs olunub

Siyasət Materials 17 İyun 2009 15:06 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 iyun / Trend , müxbir N.Kirtsxalia /

Ötən gecə Gürcüstanın radikal müxalifətinin gənclər qanadının liderlərindən biri Levan Qoqiçaişvili həbs olunub. "İctimai müdafiəçi" QHT-dən bildirildiyi kimi, Qoqiçaişvili Tsknetdə İrakli Batiaşvilinin qızı İrinanın doğum günündən bir gün sonra baş vermiş hadisədə iştirak etməkdə ittiham olunur.

Gənclər arasında baş vermiş toqquşma nəticəsində Levan Lejava yaralanıb. Qoqiçaişvili ötən gece həbs edilib. Onun vəkili Natiya Korkotadzedir və o, müdafiə edəcəyi Qoqiçaişvili ilə bu gün görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti