...

Cenevrə məsləhətləşmələri üzrə həmsədrlər birgə bəyanat yayıblar

Siyasət Materials 18 İyun 2009 15:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 iyun / Trend , müx. N.Kirtsxalia /

BMT, ATƏT və Avropa İttifaqı Cenevrə müzakirələrinin davam etdirilməsinin zəruri olduğunu bildirirlər. Məsləhətləşmənin həmsədrləri Yoxan Verbeke, Pyer Morel və Xaralampus Xristopolus bununla əlaqədar birgə bəyanat yayıblar.

Sənəddə qeyd edilir ki, Cenevrə danışıqları ümumi maraqdan çıxış edərək münaqişə tərəflərinin Qafqaz regionunda stabillik  və təhlükəsizliyə nail olmaq üçün əsas məsələləri birlikdə müzakirə etməsi üçün yeganə formatdır.

Həmsədrlər ümid edirlər ki, əvvəlki raundlarda əldə edilmiş razılıqlar icra ediləcək və iyulun 1-nə planlaşdırılmış danışıqların altıncı raundu mütləq baş tutacaq.

İsveçrədə keçirilməsi planlaşdırılan görüşün təfsilatı barədə bu gün Gürcüstan Xarici İşlər Nazrliyində məlumat veriləcək. Mövcud problemin , o cümlədən BMT missiyasının başa çatdırılması məsələsinin müzakirəsində Cenevrə Komissiyasının həmsədrləri və Grücüstan tərəfi iştirak edəcək. Xarici siyasət qurumunda bildirirlər ki, BMT-nin missiyası ilə bağlı hadisələrdən sonra həmsədrlər yenidən Gürcüstana dəstək verəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti