...

İsrail və Azərbaycan arasında olan münasibətlər İsrailin müsəlman dünyası ilə münasibətlərinə nümunə ola bilər - səfir

Siyasət Materials 19 İyun 2009 12:42 (UTC +04:00)
İsrail və Azərbaycan arasında olan münasibətlər İsrailin müsəlman dünyası ilə münasibətlərinə nümunə ola bilər - səfir

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir Е.Оstapenko /

"İsrail və Azərbaycan arasında olan İsrailin müsəlman dünyası ilə münasibətlərinə nümunə ola bilər", - bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində azərbaycanlı politoloqlarla görüşdə İsrailin Azərbaycandakı səfiri Artur Lenk deyib.

Onun sözlərinə görə, İsraildə 40 min nəfərlik ən böyük Azərbaycan diasporu var və eyni zamanda Azərbaycanda da böyük yəhudi diasporu mövcuddur. "Bizim Azərbaycanla əməkdaşlığımız 1994-cü ildə, Bakıda səfirliyin açılmasından sonra başlayıb və o zamandan etibarən daimi əsasda davam edir", - Lenk qeyd edib.

Onun sözlərinə görə, son dörd ildə İsrail və Azərbaycan ticarət dövriyyəsi və ticarət üzrə rekord vurublar.

İsrail və Azərbaycan arasında ticarət dövriyyəsi 2009-cu ilin yanvar-aprelində 293,6 milyon manat təşkil edib.

"2009-cu ilin iyunu yaddaqalan olacaq, çünki İsrail Prezidenti Azərbaycana səfər edəcək. Bu da öz növbəsində ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıracaq", - Lenk bildirib.

İsrail Prezidenti Şimon Peres iyunun 28-də, Azərbaycan-İsrail münasibətləri tarixində ilk dəfə rəsmi səfərlə Azərbaycana gələcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti