...

Seçkilərdə məğlub olan Musəvi və Karrubi İranın Nəzarət Şurasının iclasında iştirak etməkdən imtina ediblər

Siyasət Materials 20 İyun 2009 15:41 (UTC +04:00)
Seçkilərdə məğlub olan Musəvi və Karrubi İranın Nəzarət Şurasının iclasında iştirak etməkdən imtina ediblər

Prezident seçkilərində məğlub olan namizədlər Mir Hüseyn Musəvi və Mehdi Karrubi Nəzarət Şurasının bugünkü iclasında iştirak etməkdən imtina ediblər. Bu barədə ILNA agentliyi məlumat verib.

İranın Nəzarət Şurası iyunun 18-də prezidentliyə namizədləri keçirilməsi bu günə planlaşdırılan şuranın iclasında iştirak etməyə dəvət edib. "Prezidentliyə namizədlər İranın Nəzarət Şurasının iclasında iştirak etməyə dəvət olunublar", - deyə cümə axşamı İranın Nəzarət Şurasının nümayəndəsi Abbasəli Kyadxudayi bildirib. 

Nəzarət Şurası bəyan edib ki, iclasda öz iddialarını irəli sürən prezidenliyə namizəd Möhsin Rezai iştirak edib. Digər namizədlər Mir Hüseyn Musəvi və Mehdi Karrubi iclasda iştirak etməkdən imitna ediblər.

Hər iki namizəd iclasda iştirak etməmələrinin səbələrini açıqlamayıblar. Nəzarət Şurası Musəvi və Karrubiyə iclasda iştirak etmək üçün yenidən dəvət göndərib.   

Xəbər lenti

Xəbər lenti