...

"Diplomat-2009" futbol üzrə çempionatının komandaları müəyyənləşib

Siyasət Materials 20 İyun 2009 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend müxbir C.Babayeva/

Azərbaycan Dövlət Diplomatik Xidmətinin 90 illiyinə həsr olunmuş "Diplomat-2009" futbol üzrə çempionatının komandaları müəyyənləşib.

"Mini çempionat diplomatik korpus və Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndəliklərinin komandaları arasında keçiriləcək", - XİN mətbuat mərkəzindən deyilib.

Yarış Bakıda 22 iyun - 8 iyul tarixləri arasında baş tutacaq. Orada aşağıdakı qurumların komandaları iştirak edəcək: Azərbaycan Xarici İşlər Nazirliyi, Türkiyə, Qazaxıstan, Rumıniya, Səudiyyə Ərəbistanı, Ukrayna, Fransa, Almaniya, Böyük Britaniya, Rusiya, İsrail, Qətər səfirlikləri, həmçinin Dünya Bankı və BMT nümayəndəliyi.

Xəbər lenti

Xəbər lenti