...

Avropa Şurasının baş katibi seçkilərində Gürcüstan ölkənin maraqlarını əsas tutacaq

Siyasət Materials 22 İyun 2009 14:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Avropa Şurasının baş katibi seçkilərində Gürcüstan namizədlərin ölkə maraqlarını nə dərəcədə nəzərə alacağına əsaslanacaq. Bu barədə Avropa Şurasının Strasburqdakı sessiyasında iştirak edən Parlament çoxluğunun üzvü Georgi Kandelaki bildirib. Avropa Şurasının baş katibi seçkiləri çərşənbə günü baş tutacaq. Terri Devisin beş illik vəzifədə olma müddəti artıq başa çatıb. Bu vəzifəyə namizədlər Polşa və Norveç nümayəndələridir.

"Bizim üçün əsas Gürcüstan-Rusiya müharibəsindən sonra Gürcüstan məsələsinin lobbiləşməsinin nə dərəcədə həyata keçirilməsi və Gürcüstanın Avropa Şurası ilə əməkdaşlığının necə olacağıdır", - deyə Kandelaki qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti