...

Azərbaycan Prezidenti "Polis haqqında" qanuna əlavə edilməsi barədə" qanunun tətbiq edilməsi haqqında sərəncam verib

Siyasət Materials 23 İyun 2009 19:05 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev "Polis haqqında" qanuna əlavə edilməsi barədə" qanunun tətbiq edilməsi haqqında sərəncam verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Polis haqqında" qanunun 10-cu maddəsinə V hissə əlavə edilib. Bu hissədə yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslərin könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə cəlb edilə bilmələri və ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında könüllü olaraq iştirak edən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi üçün yerli polis orqanlarının yanında ictimai şuraların yaradılması göstərilir.

Nazirlər Kabinetinə qüvvədə olan qanunvericilik aktlarının "Polis haqqında" qanuna əlavə edilməsi barədə" qanuna uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti