...

Səfirin vəzifəsini yerinə yetirmək məqsədi ilə Bakıya qayıdacağına ümid edirəm - İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi

Siyasət Materials 30 İyun 2009 11:03 (UTC +04:00)
Səfirin vəzifəsini yerinə yetirmək məqsədi ilə Bakıya qayıdacağına ümid edirəm - İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir T.Cəfərov /

İranın Azərbaycandakı səfirliyi bəyan edib ki, səfir Muhəmmədbaqir Bəhrami cari məsələlərlə bağlı Tehrandadır.

"İranın Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Muhəmmədbaqir Bəhrami hazırda Tehranda səfərdədir. Səfirin vəzifəsini yerinə yetirmək məqsədi ilə Bakıya qayıdacağına ümid edirəm", -  deyə çərşənbə axşamı Trend -a İranın Bakıdakı səfirliyinin mətbuat katibi Abbas İskəndəri  bildirib.

Trend -un arayışı: Bəzi KİV-lər etibarlı mənbələrə istinadən İsrail Prezidenti Şimon Peresin Bakıda qəbul olunmasına etiraz əlaməti olaraq İran səfirinin Bakını tərk etdiyi barədə məlumat yayıb.

Peres iyunun 28-29-da Azərbaycanda rəsmi səfərdə olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti