...

RF və ABŞ az qala "soyuq müharibə"yə keçən münasibətləri yaxşılaşdırmaq məcburiyyətindədirlər - Prezident Medvedyev

Siyasət Materials 2 İyul 2009 14:07 (UTC +04:00)
RF və ABŞ az qala "soyuq müharibə"yə keçən münasibətləri yaxşılaşdırmaq məcburiyyətindədirlər - Prezident Medvedyev
RF və ABŞ az qala "soyuq müharibə"yə keçən münasibətləri yaxşılaşdırmaq məcburiyyətindədirlər - Prezident Medvedyev

RF və ABŞ az qala "soyuq müharibə"yə keçən münasibətləri yaxşılaşdırmaq məcburiyyətindədirlər - Prezident Medvedyev

RF və ABŞ, Birləşmiş Ştatların əvvəlki prezidenti ilə kifayət qədər normal şəxsi münasibətlər olsa da, iki ölkə arasında az qala "soyuq müharibə" vəziyyətinə çatan münasibətləri yaxşılaşdırmaq məcburiyyətindədirlər, RİA Novosti-in verdiyi məlumata görə, ABŞ Prezidenti Barak Obamanın Moskvaya səfəri ərəfəsində Dmitri Medvedyev bildirib.

"Razılaşmaq lazımdır ki, son illər ölkələrimiz arasında münasibətlər həqiqətən də tənəzzülə uğrayıb. Etibarın olmaması, fəaliyyətsizlik, heç bir içə təşəbbüs göstərməmək - müxtəlif sözlərlə ifadə etmək olar. Faktdır ki, Birləşmiş Ştatların əvvəlki prezidenti ilə kifayət qədər yaxşı şəxsi əlaqədə ikən Rusiya - ABŞ münasibətləri az qala "soyuq müharibə" vəziyyətinə çatib," - Kremlin saytında yerləşdirilən və Rusiya-Amerika münasibətlərinin tarixi və perspektivinə həsr olunmuş məruzəsində Medvedyev deyib.

Bununla yanaşı, RF Prezidenti vurğulayıb ki, Obamanın başçılıq etdiyi ABŞ-ın yeni administrasiyası vəziyyəti dəyişmək, daha effektli, daha etibarlı və daha müasir münasibətlərin qurulmasına hazırdır.

"Biz də buna hazırıq... Mən əminəm ki, Rusiya və Birləşmiş Ştatların digər ölkələrə təklif edəcəkləri bir şeylər var. Ona görə də biz yalnız bir yolla - danışıqlar yolu ilə hərəkət etməliyik", - Medvedyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti