...

Azərbaycanda TQDK nəşrlərinin qeyri-qanuni çapı ilə məşğul olan şəxs yaxalanıb

Siyasət Materials 3 İyul 2009 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən (MTN) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) abituriyentlərə, yuxarı sinif şagirdlərinə və müəllimlərə kömək məqsədi ilə nəşr etdirdiyi dərsliklərin nümunələrinin qeyri-qanuni çap edilməsi ilə məşğul olan Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Vəliyev Əfqan Vəli oğlu saxlanılıb.

MTN-in İctimaiyyətlə Əlaqə Mərkəzindən cümə günü Trend -a bildiriblər ki, iyulun 2-də Əfqan Vəliyevə məxsus Badamdar qəsəbəsindəki və 1-ci Alatavadakı evlərə, həmçinin həyətyanı tikililərə keçirilən baxış zamanı qanunsuz çap edilmiş 130 mindən artıq müxtəlif adda çap və poliqrafiya məhsulu, o cümlədən TQDK-nın abreviaturası altında dərc edilmiş, guya bu qurumun çap məhsulu hesab olunan jurnal və kitabçalar, test tapşırıqları, test bankları, eləcə də çap prosesində istifadə olunan 4 min 620 ədəd ofset plastina, 4 min 200 ədəd nəşriyyat plyonkası, kitab formasında cildlənməmiş 9 min ədəd hazır vərəq, 2 min ədəd test blanklarının üzlükləri və 1050 adda ədəbiyyat, habelə müxtəlif təyinatlı çap dəzgahları aşkar edilib.

Faktla bağlı toplanılmış materiallar müvafiq araşdırmalar aparılması üçün aidiyyatı üzrə Respublika Baş Prokurorluğuna göndərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti