...

Azərbaycan Prezidenti "Diplomatik xidmətdə fərqlənməyə görə" medalının təsis edilməsi haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb

Siyasət Materials 7 İyul 2009 18:14 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev "Diplomatik xidmətdə fərqlənməyə görə" medalının təsis edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Sərəncamda qeyd olunub ki, Nazirlər Kabineti bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Diplomatik xidmətdə fərqlənməyə görə" medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etsin.

Nazirlər Kabineti və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Xəbər lenti

Xəbər lenti