...

Cenevrə danışıqlarından çıxmaq Abxaziyanın maraqlarına daxil deyil - Gürcüstanın dövlət naziri

Siyasət Materials 8 İyul 2009 19:57 (UTC +04:00)
Cenevrə danışıqlarından çıxmaq Abxaziyanın maraqlarına daxil deyil - Gürcüstanın dövlət naziri

Gürcüstan, Tbilisi, 08 iyul / Trend müxbir N.Kirsxaliya /

Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili Cenevrə danışıqlarından çıxmaq məsələsinin separat Abxaziyanın maraqlarına daxil olmasına şübhə ilə yanaşır. Onun hökumətin iclasının başlanmasından bir müddət əvvəl bildirdiyinə görə, Baqapşın bəyanatı daha çox daxili tələbata hesablanıb.

ABŞ Prezidenti Barak Obamanın Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsi haqqında bəyanatına cavab olaraq, Abxaziyanın marionet rejiminin nümayəndələri bildiriblər ki, Cenevrə danışıqlarında iştirakın heç bir mənası qalmayıb.

Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bu məsələyə şərh verərkən qeyd edib ki, Cenevrə danışıqlarının formatının yaradılmasından etibarən formatın uzadılması sual altındadır və danışıqların dayandırılması təhlükəsi həmişə var.

Buna səbəb kimi Kalandadze Rusiyanın danışıqları davam etdirməkdə maraqlı olmamasını görür. Onun sözlərinə görə, buna baxmayaraq gürcü tərəfi ümid edir ki, beynəlxalq təzyiq nəticəsində Cenevrə danışıqları dayandırılmayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti