...

İranın nüvə proqramı ilə bağlı problemlərin tezliklə həll olunacağına ümid edirəm - Atom Enerji Təşkilatının yeni sədri (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 İyul 2009 12:20 (UTC +04:00)
"İranın Atom Enerji Təşkilatı öz hüququ olan nüvə proqramını qorumaqla yanaşı, beynəlxalq öhdəliklərini də yerinə yetirəcək. Ümid edirəm ki, Qərb ölkələri ilə qarşılıqlı anlaşma yaranacaq və 6 il davam edən İranın nüvə proqramı ilə bağlı məsələlər tezliklə həllini tapacaq", - İranın Atom Enerji Təşkilatının yeni sədri və Prezidentin müavini Əli Əkbər Salehi şənbə günü bildirib. Bu barədə İran Televizyasının rəsmi saytı "İribnews" xəbər verib.

Salehi bildirib ki, bəzi ölkələrin İranın nüvə proqramına dair narahatçılığı əsassızdır. "Bizim də qarşılıqlı olaraq onların (ABŞ və Qərb ölkələrinin) nüvə proqramlarından narahatçılığımız var və narahatçılığımıza da əsas var", - Salehi bildirib.

Təşkilatın yeni sədri əlavə edib ki, İranın nüvə proqramına dair texniki və hüquqi müzakirələr sona çatıb və MAQATE bu məsələni dəfələrlə vurğulayıb. "Siyasi baxımdan İranın nüvə proqramına dair məsələ uzadılarsa, bu, bütün tərəflərin ziyanına olacaq", - Salehi deyib.

O, əlavə edib ki, İran dünyada sülh və əminamanlığın tərəfdarıdır. "İran regionda böyük nüfuza malik ölkədir. Bu baxımdan da dünyanın sabitliyi müəyyən mənada İrandakı sabitliklə bağlı olduğu üçün bütün tərəflər nüvə proqramına dair məsələnin normal şəkildə həllinə çalışmalıdır", - Salehi bildirib.

Salehi İranın nüvə proqramına dair siyasi məsələləri müzakirə etmək üçün hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirib.

Trend News-un arrayışı: ABŞ və Qərb İranın nüvə proqramı ilə bağlı bu ölkəyə qarşı müxtəlif qətnamələr və sanksiyalar tətbiq edib. ABŞ ehtimal edir ki, İran terrorçuları dəstəkləyir və kütləvi qırğın silahları hazırlayır. 2003-cü ildən etibarən üç il müddətində rəsmi Tehran uranın zənginləşdirilməsi planını dayandırsa da, 2006-cı ildən bu planı inkişaf etdirir. BMT Təhlüləsizlik Şurası bu səbəbdən nüvə proqramını dayandırmaq məqsədi ilə İrana qarşı 3 sanksiya və 5 qətnamə qəbul edib.

Xəbər lenti

Xəbər lenti