...

İranda A/H1N1 virusuna yoluxanların sayı 16 nəfərə çatıb

Siyasət Materials 22 İyul 2009 16:42 (UTC +04:00)
İranın mərkəzi laboratoriyasının təhlillərin nəticələri üzrə məlumatlarına əsasən, daha yeddi nəfər A/H1N1 ("donuz qripi") virusuna yoluxub. Əvvəlcə bildirilmişdi ki, doqquz nəfər bu virusa yoluxub. Bunula da virusa yoluxanların sayı 16 nəfər təşkil edib. Yoluxanların hamısı Səudiyyə Ərəbistanından həcc ziyarətindən qayıdanlardır. Bu barədə İran Dövlət Televiziyasının rəsmi saytı "Iribnews" xəbər verir.
İranda A/H1N1 virusuna yoluxanların sayı 16 nəfərə çatıb

İranın mərkəzi laboratoriyasının təhlillərin nəticələri üzrə məlumatlarına əsasən, daha yeddi nəfər A/H1N1 ("donuz qripi") virusuna yoluxub. Əvvəlcə bildirilmişdi ki, doqquz nəfər bu virusa yoluxub. Bunula da virusa yoluxanların sayı 16 nəfər təşkil edib. Yoluxanların hamısı Səudiyyə Ərəbistanından həcc ziyarətindən qayıdanlardır. Bu barədə İran Dövlət Televiziyasının rəsmi saytı "Iribnews" xəbər verir.

İranın səhiyyə naziri Kamran Bağıri Lənkərani bildirib ki, bütün xəstələr ölkə xaricində yoluxublar və ölkəyə girərkən sərhəddə aşkar olunublar. "İyulun 14-də İranda A/H1N1 virusuna yoluxma üzrə bir hal qeydə alınıb, 200 nəfər isə virusa yoluxmada şübhəli bilinib", - İranın Səhiyyə Nazirliyi yanında İnfeksion Xəstəliklər Mərkəzinin direktoru Məhəmməd Mehdi Quya bildirib. Məlumatı İranın informasiya agentliyi ILNA yayıb.

Onun sözlərinə görə, bu il İran zəvvarlarının Səudiyyə Ərəbistanına getməsinə məhdudiyyət qoyulub. "Son məlumatlara əsasən, Səudiyyə Ərəbistanında 150 nəfər A/H1N1 virusuna yoluxub. Virusun yayılmaması üçün bu il həcc ziyarətinə getmək istəyən zəvvarların sayına məhdudiyyət qoyulacaq", - deyə Quya bildirib.

Xəbər lenti

Xəbər lenti