Azərbaycan, Bakı, 25 iyul / Trend , muxbir C.Babayeva /
Azərbaycanda saxta sənədlə bankdan külli miqdarda pul götürən şəxs barəsində cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən şənbə günü Trend -a bildiriblər ki, 2008-ci il ərzində əvvəllər məhkum olunmuş Esmira Novruzova "Bank-Respublika" ASC-yə saxta arayış təqdim edərək oradan 20.000 manat pul alıb.
Faktla əlaqədar cinayət işi başlanıb.