...

Azərbaycan Prezidenti "Könüllü fəaliyyət haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb

Siyasət Materials 26 İyul 2009 00:40 (UTC +04:00)
Azərbaycan Prezidenti "Könüllü fəaliyyət haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü  "Könüllü fəaliyyət haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək və öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti