...

Azərbaycanın hakim partiyası 907-ci düzəlişin ləğvi ilə bağlı təkliflərin artmasını ölkənin ədalətli mövqeyinin güclənməsi kimi qiymətləndirir

Siyasət Materials 27 İyul 2009 16:51 (UTC +04:00)
"Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və 907-ci düzəlişin hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyil. ABŞ-da bu reallıq qəbul edilir və buna görə də dövlətlərin əməkdaşlığına xeyir gətirməyən bu düzəlişin ləğv olunması istiqamətində təşəbbüslər artır", - Trend News-un məlumatına görə, bu barədə bazar ertəsi millət vəkili, hakim YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə partiyanın rəsmi saytına bildirib.
Azərbaycanın hakim partiyası 907-ci düzəlişin ləğvi ilə bağlı təkliflərin artmasını ölkənin ədalətli mövqeyinin güclənməsi kimi qiymətləndirir

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, ABŞ Konqresində 907-ci düzəlişin ləğv olunması ilə bağlı təkliflərin artması Azərbaycanın ədalətli mövqeyinin dünyada daha da gücləndiyini göstərir.

"Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və 907-ci düzəlişin hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyil. ABŞ-da bu reallıq qəbul edilir və buna görə də dövlətlərin əməkdaşlığına xeyir gətirməyən bu düzəlişin ləğv olunması istiqamətində təşəbbüslər artır", - Trend -un məlumatına görə, bu barədə bazar ertəsi millət vəkili, hakim YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə partiyanın rəsmi saytına bildirib.

Trend -un arayışı: ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa 907-ci düzəliş hələ də qüvvədədir. 1997-2000-ci illər ərzində Klinton administrasiyası Konqresin 907-ci düzəlişi ləğv etməsi üçün dəfələrlə cəhd edib. Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılıb. 907-ci düzəlişin işi həmçinin 2009-cu ildə də dayandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti