...

Azərbaycan Prezidenti "Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi haqqında" sərəncam verib

Siyasət Materials 28 İyul 2009 18:10 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev "Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi haqqında" qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nazirlər Kabinetinə iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi haqqında" qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Sərəncamla Hacıqabul rayonunun Abdulyan kəndi Abdulabad adlandırılıb.

Xəbər lenti

Xəbər lenti