...

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kütləvi aksiyaların keçirilməsi barədə qərarları ciddi siyasi təşkilatlar verməlidirlər – müxalif partiya

Siyasət Materials 30 İyul 2009 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın müxalif Müsavat Partiyası hesab edir ki, Demoktaya Uğrunda İttifaqda təmsil olunan partiyalar Dağlıq Qarabağ probleminin möhtəşəmliyinə adekvat tədbirlər keçirə bilməzlər.

"Dağlıq Qarabağ problemi ilə bağlı ciddi etiraz aksiyalarının keçirilməsinə ehtiyac var. Lakin hesab edirəm ki, bu barədə qərarı döğrudan da bu cür ciddi etiraz aksiyaları keçirmək imkanına malik olan təşkilatlar verməlidirlər. Əks halda, bu cür qərarların verilməsi və aksiyaların keçirilməməsi tamamilə əks effekt verə bilər və problemin həllində cəmiyyətimizə və bütövlükdə ümumi milli işimizə ziyan vura bilər. Bu cür tələsik qərarların bütövlükdə problemin həllinə ziyan vuracağından narahatam", - cümə axşamı Trend -a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Trend -un arayışı: Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan partiyalar Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında həllinə etiraz olaraq birgə kütləvi aksiyalar keçirmək təşəbbüsü ilə çıxış edib. Kütləvi aksiyalarla bağlı ictimai-siyasi təşkilatlar və ziyalılarla danışıqlar aparılması məqsədilə İşçi Qrup yaradılıb. Aksiyaların nə vaxt keçiriləcəyi məsələsi danışıqlardan sonra məlum olacaq.

DUİ 2005-ci il parlament seçkisindən sonra yaradılıb. İttifaqda Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Böyük Azərbaycan və Xalq partiyaları təmsil olunur.

Hacılının sözlərinə görə, Dağlıq Qarabağ məsələsinə yanaşarkən xüsusilə diqqətli olmaq lazımdır. "Bu məsələdə siyasi divident qazanmaq məqsədi yox, ümummilli dəyərlərin müdafiəsi naminə siyasi qərarların qəbulu zəruridir", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti