...

Azərbaycanın sol partiyaları erməni həmkarlarını Dağlıq Qarabağ münaqişəsini birgə müzakirə etməyə çağırıblar

Siyasət Materials 30 İyul 2009 12:19 (UTC +04:00)
Azərbaycan Sosialist, Vahid Azərbaycan Kommunist və Marksizm-leninizm platformasında kommunist partiyaları Ermənistanın solyönümlü partiyaları ilə görüşlər keçirərək Dağlıq Qarabağ münaqişəsinin partiyalar səviyyəsində müzakirəsini zəruri hesab edirlər.
Azərbaycanın sol partiyaları erməni həmkarlarını Dağlıq Qarabağ münaqişəsini birgə müzakirə etməyə çağırıblar

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın sol partiyaları erməni həmkarları ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyə hazır olduqlarını bildiriblər.

Azərbaycan Sosialist, Vahid Azərbaycan Kommunist və Marksizm-leninizm platformasında kommunist partiyaları Ermənistanın solyönümlü partiyaları ilə görüşlər keçirərək Dağlıq Qarabağ münaqişəsinin partiyalar səviyyəsində müzakirəsini zəruri hesab edirlər.

"Bu cür görüşlərin keçirilməsi siyasi partiyalar arasında da etimadın yaranmasına və gələcəkdə obyektiv qərarların qəbul edilməsinə gətirib çıxara bilərdi. Hesab edirik ki, belə bir görüşün keçiriləcəyi zaman yaxındadır və biz öz tərəfimizdən bu görüşün tərəflər üçün qəbul edilən neytral bir məkanda keçirilməsinə hər zaman hazırıq", - Trend -un məlumatına görə, bu barədə sol partiyaların erməni həmkarlarına cümə axşamı ünvanladığı müraciətdə bildirilib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycanın sol partiyaları erməni həmkarlarının Qafqaz regionunda sülh və sabitlik naminə məsələyə lazımi diqqət yetirərək obyektiv yanaşma tərzi nümayiş etdirəcəklərinə ümidvar olduqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti