...

İranda "donuz qripi"nə 10 milyon nəfər tutula bilər - parlament üzvü

Siyasət Materials 30 İyul 2009 13:31 (UTC +04:00)
İran parlamentinin üzvlərindən biri İranda "donuz qripi"nə yoluxanların sayının yaxın iki il ərzində 10 milyona çata biləcəyi barədə xəbərdarlıq edib, bu barədə Trend News Press TV-yə istinadən bildirib.
İranda "donuz qripi"nə 10 milyon nəfər tutula bilər - parlament üzvü

İran parlamentinin üzvlərindən biri İranda "donuz qripi"nə yoluxanların sayının yaxın iki il ərzində 10 milyona çata biləcəyi barədə xəbərdarlıq edib, bu barədə Trend Press TV-yə istinadən bildirib.

"Ən azı 200 aşkar edilməyən haldan bir nəfər öləcək", - deyə parlamentin səhiyyə komitəsi başçısının müavini, doktor Əli Şəhriyari bildirib.

"Qripin ağır formasından əziyyət çəkən hər bir xəstənin müalicəsi azı 30 dollara başa gələcək. Bu o deməkdir ki, İran yaxın illər ərzində xəstəliyə nəzarətə onlarla milyon dollar sərf edəcək", - deyə Şəhriyari bildirib.

İranda donuz qripinə yoluxanların təsdiqlənmiş sayı 61 nəfər təşkil edir, MEHR xəbər verib. Hazırda İranda ölüm ilə nəticələnən heç bir hal qeydə alınmayıb.

İranın IRNA informasiya agentliyinin məlumatına əsasən, iyulun 14-də İranda A/H1N1 qripinə  yoluxma üzrə bir hal təsdiq edilib, 200 nəfər isə virusa yoluxmada şübhəli bilinib.

Xəbər lenti

Xəbər lenti