...

Qırğızıstanda prezident seçkiləri konstitusiya ilə tanınıb - KM

Siyasət Materials 30 İyul 2009 16:14 (UTC +04:00)
Qırğızıstanın Konstitusiya Məhkəməsi (KM) iyulun 23-də baş tutan prezident seçkilərini respublika konstitusiyasına müvafiq hesab edib. Bu qərarı KM cümə axşamı keçirilən iclasın nəticələrinə əsasən qəbul edib.
Qırğızıstanda prezident seçkiləri konstitusiya ilə tanınıb - KM

Qırğızıstanın Konstitusiya Məhkəməsi (KM) iyulun 23-də baş tutan prezident seçkilərini respublika konstitusiyasına müvafiq hesab edib. Bu qərarı KM cümə axşamı keçirilən iclasın nəticələrinə əsasən qəbul edib. Məlumatı RİA Novosti yayıb.

Qırğızıstanın Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən, 23 iyulda keçirilən seçkilərdə ikinci dəfə ölkə prezidenti seçilən Kurmanbek Bakiyev səslərin 76 faizdən çoxunu toplayaraq qələbə qazanıb. Ölkənin birləşmiş müxalifətinin namizədi, Sosial Demokrat Partiyasının lideri Almazbek Atambayev səslərin 8,4 faizini toplayaraq ikinci yeri tutub.

"Bu gün Konstitusiya Məhkəməsi Seçkilərin və Referendumun Keçirilməsi üzrə Mərkəzi Komissiya tərəfindən təqdim olunan, Bişkək və Oş vilayətlərinin seçki komissiyalarının protokollarına əsaslanan materialları nəzərdən keçirərək, prezident seçkilərinin konstitusiyaya müvafiq olması haqqında qərar verib", - ali məhkəmə instansiyasının qərarında deyilir.

Xəbər lenti

Xəbər lenti