Azərbaycan Prezidenti Ilham Əliyev Makedoniya Respublikasının Prezidenti Gyorge İvanova milli bayram - Respublika günü münasibətilə təbrik ünvanlayıb. Bu barədə şənbə günü AzərTAC Dövlət İnformasiya Agentliyi məlumat verib.
"Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm", - təbrik məktubunda deyilir.
Dövlət başçısı Azərbaycan-Makedoniya əlaqələrinin hərtərəfli inkişafı, əməkdaşlıq zəminində mövcud imkanların gerçəkləşməsinin ölkələr və xalqlar üçün hər cəhətdən faydalı olacağına əminliyini bildirib.