...

Latviya Azərbaycan qazının Avropaya "Nabukko" ilə tədarük olunacağına ümid edir (MÜSAHİBƏ)

Siyasət Materials 4 Avqust 2009 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust/ kor. Trend E. Tariverdiyeva /

Trend -un Avropa redaksiyasının Bakıya səfəri ərəfəsində Latviya Prezidenti Valdis Zatlers ilə müsahibəsi

- Siz Azərbaycan və Latviya münasibətlərinin dinamikasını necə qiymətləndirirsiniz? İkitərəfli əməkdaşlığın  prioritetləri hansılardır?

- Mənim fikrimcə, Latviya və Azərbaycan arasında münasibətlər əladır. Bundan əlavə, Prezident Əliyevi dostum hesab edirəm.

Latviya və Azərbaycanın ümumi dəyərləri var ki, bu da Azərbaycanın Avropa İttifaqı və NATO ilə daha sıx əməkdaşlıq səylərində özünü göstərir. Son on il ərzində baş vermiş hadisələrin inkişafı Azərbaycanın Cənubi Qafqaz regionunda aparıcı ölkələrdən biri olduğunu təsdiqləyir.  

Hətta qlobal maliyyə böhranı dövründə Latviya və Azərbaycan arasındakı iqtisadi münasibətlər inkişaf edir. 2008-ci ildə Latviyadan Azərbaycana ixrac iki dəfə, bu ölkənin Azərbaycandan idxalı isə 30 faiz artıb və ilbəil artır. Dünya iqtisadiyyatındakı çətin vəziyyət sahibkarları biznesdə yeni ideyalar, tərəfdaşlar və bazar axtarışlarına sövq edir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın istifadə olunmayan potensialı latviyalı sahibkarlara Azərbaycanda özləri üçün yeni imkanlar yaratmağa imkan verdi. Beləliklə, Latviyanın Azərbaycan ilə iqtisadi münasibətlərin gələcək inkişafına böyük marağı var. Azərbaycana səfərim zamanı məni biznes nümayəndə heyəti müşayiət edəcək.

Ölkələrimizin vəzifəli şəxləri arasında bütün səviyyələrdə sıx əməkdaşlıq mövcuddur. Prioritetlərimiz mövcud əlaqələrin möhkəmlənməsi və əməkdaşlığın yeni sahələrinin inkişafından ibarətdir. Biz Azərbaycan ilə həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlığın fəallaşmasında maraqlıyıq. Əminəm ki, Azərbaycana səfərim ölkələrimizin yükəsk vəzifəli şəxsləri, idarələri, sahibkarları və insanları arasında daha sıx əməkdaşlıq üçün əlavə katalizator olacaq.

- Latviya Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Avropa İttifaqına inteqrasiyasında nə kimi dəstək göstərə bilər?

- "Şərq tərəfdaşlığı" Avropa İttifaqı ilə münasibətlərin inkişafı üçün əla vasitədir. Bu, Azərbaycana əməkdaşlıqda maraq sahələrinin müəyyən edilməsində böyük imkanlar verir. Sözsüz ki, Latviya Azərbaycana maraqlarında dəstək ola bilər. Avropa İttifaqı ilə iqtisadi münasibətlərdə əsas sayılan qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması üzrə təcürbə mübadiləsinə dair bir neçə uğurlu birgə layihələr və proqramlar mövcuddur.

- Dağlıq Qarabağ münaqişəsinin həlli də daxil olmaqla, regional siyasətdə ölkələrimizin mövqeləri nə dərəcədə yaxındır?

- Əlbəttə, Latviya münaqişənin tezliklə beynəlxalq hüququn qəbul edilmiş prinsipləri və BMT-nin qətnamələri əsasında həllini dəstəkləyir. Cənubi Qafqazda sülhü və stabilliyin təmin etmək vacibdir. Ümid edirəm ki, ATƏT-in Minsk Qrupunun davamlı səyləri Dağlıq Qarabağ münaqişəsinin 2007-ci ilin noyabrında qəbul edilmiş Madrid prinsiplərinə əsasən həll edilməsinə təkan verəcək.

- İqtisadiyyatın hansı sahələri Latviya üçün daha prioritetdir? Siz birgə layihələrin həyata keçməsini nə dərəcə real hesab edirsiniz?

- 2009-cu ildə ticarətdə müsbət tendesiyaların qeydə alınması da xoş xəbərdir. Latviya Azərbaycana əsasən qida məhsulları, metalemalı, kimyəvi sənaye məhsulları, həmçinin plastik məhsullar və optik cihazlar ixrac edir.   

Azərbaycan və Latviya biznesmenləri arasında əməkdaşlığın potensial sahəsi qida sənayesi, yüksək texnologiyalar, kimyəvi məhsullar, loqistika və maliyyədir. Latviya Azərbaycanın qaz, neft və neft məhsulları kimi enerji resurslarının yaxşı inkişaf etmiş nəqliyyat infrastruktur yolu ilə nəqlində maraqlıdır. Bakı və Riqa arasında birbaşa uçuşlar biznes əlaqələrinin genişləndirilməsində vacib komponentdir.

Qeyd eydiyim kimi, səfərim zamanı məni Latviyanın böyük biznes nümayəndə heyəti müşayiət edəcək. Biznesmenlərin böyük marağı biznes əlaqələrimizin genişləndirilməsi üçün böyük imkan yaradır. Əminəm ki, bank sektorundan tutmuş təhsilə kimi, biznes sahələrində, eləcə də kənd təsərrüfatında böyük imkanlar var.

- Azərbaycana nə kimi investisiya layihələri təklif oluna bilər?

- Rəqəmlərə baxsaq görərik ki, 2008-ci ildə Latviya ilə dövriyyədən gələn gəliri 23 birgə müəssisə paylaşıb. 2009-cu ildə isə bu kimi müəssisələrin sayı 29-a çatıb. Qida sənayesi, informasiya texnologiyaları, turizm, loqistika, kimya sənayesi hələ də böyük investisiya potensilına malikdir.

Hazırda Azərbaycanda qida hasilatı üzrə "Ticarət evi"nin açılışı üzrə danışıqlar aparılır. Ümid edirəm ki, hazrkı səfər yaxın gələcəkdə bu layihənin uğurla həyata keçirilməsinə yardım edəcək. Mən eyni zamanda bu səfər zamanı yüksək səviyyədə keçiriləcək  biznes forumların hər iki istiqamətdə digər investisiya imkanlarının inkişafına stimul verəcəyinə əminəm.

- Azərbaycan və Latviya arasında enerji sahəsindəki əməkdaşlığı necə qiymətləndirirsiniz? Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində hansı rolu oynayır?

- "Nabukko" layihəsi hazırda Avqopa İttifaqı ölkələrinə alternativ qaz tədarükü layihələri arasında ən mühümüdür. İyulun 13-də Türkiyə, Rumıniya, Bolqarıstan, Macarıstan və Avstriya  arasında imzalanan "Nabukko"  qaz kəmərinin inşası haqqında müqavilə "Nabukko" layihəsinin müsbət inkişafına və ümumilikdə Avropaya qaz tədarükünün diversifikasiyasına siqnaldır.

Latviya Avropa İttifaqı ölkəsi kimi enerji  tədarükü mənbələri marşrutlarının diversifikasiyasında maraqlıdır. Buna görə də biz Azərbaycana Xəzər regionundan Avropaya enerji resurslarının tədarükündə əsas oyunçulardan biri kimi baxırıq və enerji daşıyıcılarının diversifikasiyasında vacib rol oynadığını görürük. Baxmayaraq ki, Latviya bilavasitə "Nabukko" layihəsində iştirak etmir, lakin biz onun uğurlarında maraqlıyıq və ümid edirik ki, gələcəkdə Azərbaycan qazı "Nabukko" qaz kəməri ilə Avropaya tədarük olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti