...

Azərbaycanda tikinti fəaliyyəti ilə bağlı yeni qanunvericilik bazası formalaşdırılacaq - komitə sədri

Siyasət Materials 4 Avqust 2009 11:46 (UTC +04:00)
"Azərbaycan Parlamentinin (Milli Məclis) payız sessiyasında müzakirəyə çıxarılacaq Tikinti Məcəlləsinin hazırlanması prosesində bütün əlaqədar qurumların mütəxəssisləri yaxından iştirak edirlər. Bu sahədə beynəlxalq təcrübədən də geniş istifadə olunur", - Trend News-un məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Azərbaycanda tikinti fəaliyyəti ilə bağlı yeni qanunvericilik bazası formalaşdırılacaq - komitə sədri

Azərbaycan, Bakı, 04 avqust  / Trend , muxbir A.Hüseynbala /

Azərbaycan Parlamentində tikinti fəaliyyəti ilə bağlı yeni qanun layihəsi hazırlanır .

"Azərbaycan Parlamentinin (Milli Məclis) payız sessiyasında müzakirəyə çıxarılacaq Tikinti Məcəlləsinin hazırlanması prosesində bütün əlaqədar qurumların mütəxəssisləri yaxından iştirak edirlər. Bu sahədə beynəlxalq təcrübədən də geniş istifadə olunur", -  Trend -un məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Səmədzadə bildirib ki, tikinti iqtisadiyyatın çox mühüm sahəsidir. Bu sahənin normal fəaliyyəti müəyyən normativ hüquqi sənədlərə, qanunlara əsaslanmalıdır. Komitə sədrinin sözlərinə görə, iqtisadi baxımdan inkişaf edən Azərbaycanda investisiya fəallığı getdikcə artır. Digər sahələr kimi tikintiyə maraq çoxalır, aparılan tikinti işlərinin həcmi genişlənir. Bütün bunlar bu sahənin ayrıca qanunvericilik bazasının formalaşdırılması zərurətini yaradıb.
 
Deputat hesab edir ki, Tikinti Məcəlləsi əhalinin əlverişli yaşayış şəraiti ilə təmin olunması məqsədilə məskunlaşma zonalarının səmərəli formalaşdırılması, ərazilərin, şəhərlərin, digər yaşayış məntəqələrinin tikintisi, abadlaşdırılması, onların istehsal, sosial, mühəndis, nəqliyyat infrastrukturunun inkişafı, təbiətdən səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması, ətraf mühitin mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək.
 
Komitə sədri bildirib ki, ən vacib məsələlərdən biri istehlakçıların hüquqlarının qorunmasıdır və bu məsələ Məcəllədə ayrıca olaraq öz əksini tapacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti