Gürcüstan, Tbilisi, 04 avqust / Trend , müxbir N.Kirsxaliya /
Güclü yağışlar bir gün əvvəl Gürcüstanın əhalisi əsasən azərbaycanlılar olan regionunda - Qardabani və yaxınlıqdakı kəndlərdə yeni daşqına səbəb olub. Daşqın nəticəsində Kesalo, Nazarlo, Vaxtanqisi, Krçanisi və Teleti kəndlərinə zərər dəyib.
Səhər saatlarından bu kəndlərə xüsusi texnika səfərbər edilib, hadisə yerində zərərin ölçüsünü öyrənən komissiya üzvləri var.
Su kənd təsərrüfatı yerlərini, evləri basıb, ev heyvanlarına zərər verib.
İki gün əvvəl də bu kəndləri su basmışdı. Yerli azərbaycanlıların sözlərinə görə, daşqın suyun zibillənmiş kanallardan çaya tökülə bilməməsi nəticəsində baş verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]