Azərbaycan, Bakı, 06 avqust, / Trend /
Azərbaycanın müdafiə sənayesi naziri Pakistanın Hərbi Dəniz Qüvvələri komandanını qəbul edib.
Azərbaycanın müdafiə səınayesi naziri Yavər Camalov cümə axşamı Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı admiral Noman Başir ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentlyi yayıb.
Nazir deyib ki, son dövrlər Azərbaycanın iqtisadi qüdrətinin artması ölkəmizin respublikamızın bütün sahələrində olduğu kimi, müdafiə sənayesi sahəsinə də öz təsirini göstərib. Azərbaycan ilə dost və qardaş ölkə olan Pakistan arasındakı ikitərəfli əməkdaşlığa toxunan Camalov bu əlaqələrin bütün sahələrə, o cümlədən müdafiə sənayesi sahəsinə də öz müsbət təsirini göstərdiyini bildirib: "2008-ci ilin noyabrında nazirlyin nümayəndələri Pakistanın Karaçi şəhərində keçrilən 5-ci beynəlxalq müdafiə məhsulları sərgisində iştirak edib. Səfər zamanı əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmək üçün Pakistanın baş naziri, müdafiə naziri və digər bir sıra rəsmiləri ilə görüş keçirilib. 2009-cu ilin yanvarında isə nazirliyin ekspert qrupu Pakistanda səfərdə olub", - nazir əlavə edib.
Başir qeyd edib ki, Pakistan Azərbaycanla bir sıra sahələrdə, o cümədən müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirir.