...

Dünya Gənc Türk Siyasi Liderlər Platforması yaradılacaq

Siyasət Materials 17 Avqust 2009 16:26 (UTC +04:00)
Dünya Türk Gəncləri Birliyi nəzdində Dünya Gənc Türk Siyasi Liderlər Platforması yaradılacaq. Platformanın yaradılması təklifi ilə YAP Gənclər Birliyinin sədri Ramil Həsənov çıxış edib.
Dünya Gənc Türk Siyasi Liderlər Platforması yaradılacaq

Azərbaycan, Bakı, 17 avqust / Trend , müxbir C.Babayeva /

Dünya Türk Gəncləri Birliyi nəzdində Dünya Gənc Türk Siyasi Liderlər Platforması yaradılacaq. Platformanın yaradılması təklifi ilə YAP Gənclər Birliyinin sədri Ramil Həsənov çıxış edib.

Bu barədə qərar Dünya Türk Gəncləri Birliyinin 13-cü qurultayında qəbul olunub. Bazar ertəsi partiyanın rəsmi saytı xəbər verir.

Dünya Türk Gəncləri Birliyinin XIII qurultayı avqustun 8-15-də Yaltada keçirilib. Qurultayda türk dünyası ölkələrinin yaxınlaşmasında gənclərin rolunu müzakirə edən dünyanın 30 dövləti və muxtar qurumlarından 300 nümayəndə iştirak edib.

Platformanın təsis olunmasında məqsəd türk dövlətlərinin və toplumlarının birliyinin güclənməsində gənc siyasi liderlərin də öz töhfələrini verməsidən ibarətdir.

Dünya Gənc Türk Siyasi Liderlər Platformasının ilk toplantısının bu ilin dekabr ayında keçirilməsi nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti