Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir C.Babayeva /
"Donbassaero Aviaşirkəti" MMC Azərbaycan və Ukrayna arasında aviasiya xəttinin yaxşılaşdırılması məqsədilə, Azərbaycanın Ukraynadakı diasporunun dəstəyi ilə Kiyev-Gəncə marşrutu üzrə yeni, mütəmadi reys açır", - donbass.aero. saytı yazır.
Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir. "Donbassaero" aviaşirkətində əmindirlər ki, bu istiqamət yalnız Kiyev deyil, Azərbaycanın qərb hissəsinə gedən, həm də Odessa, Dnepropetrovsk, Lvov, Xarkov, Doneskdən olan sərnişinlər üçün əsas istiqamətlərdən biri olacaq. Reys avqustun 17-dən etibarən bazar ertəsi günləri, Kiyev-Gəncə: qalxma 13.20, enmə 18.00 (hər biri yerli vaxtla); Gəncə-Kiyev, qalxma 19.15, enmə 19.55 cədvəli ilə yerinə yetiriləcək.
Uçuş vaxtı - 2 saat 40 dəqiqə - sərnişinlər iki səviyyəli tərtibatlı, müasir və təhlükəsiz Airbus 320 laynerinin komfortunu tam şəkildə qiymətləndirə biləcək. Əhalinin müxtəlif kateqoriyaları üçün xüsusi tariflər təqdim olunacaq: gənclər, yaşlı sərnişinlər və ailələr üçün tariflər. Oktyabra qədər bu istiqamətdə tez-tez uçan "Donbassaero" və "Aerosvit" aviaşirkətlərinin "Meridian" sərnişinləri üçün proqram çərçivəsində xüsusi bonus şərtləri nəzərdə tutulub. Azərbaycan əhalisi və respublikanın qonaqları yeni marşrutla Kiyevdən Moskva, Təl-Əviv, Praqa, Varşava, Budapeşt, Nyu-York, Toronto istiqamətlərinə uçmaq üçün Borispol hava limanının xidmətlərindən istifadə edə, həmçinin Ukraynanın şəhərlərinə minimal müddətdə çatmaq imkanı qazana bilərlər.
Bu, "Donbassaero"nun Azərbaycana üçüncü reysidir. Hər cümə bu aviaşirkət Donesk-Bakı və (Doneskdən keçməklə) Odessa-Bakı marşrutları ilə uçuşlar həyata keçirir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]