Gürcüstan, Tbilisi, 24 avqust / Trend , müxbir, N. Kirsxalia /
Gürcüstanda nəşr edilən "Kviris pallitra" (Həftənin palitrası) qəzetinin oxucuları ən nüfuzlu qadın olaraq ölkənin birinci xanımı Sandra Elizabet Rulovsun adını çəkiblər. O, 456 respondentin iştirak etdiyi reytinq sorğusunda 6,67 bal toplayıb.
İkinci yerdə 5,86 balla "Demokratik hərəkat - vahid Gürcüstan" partiyasının lideri, parlamentin eks spikeri Nino Burcanadzedir. Üçüncü yerdə 5,38 balla parlamentin vitse-spikeri Rusudan Kervalişvilidir.
Reytinq sorğusunda sonrakı yerləri Milli Təhlükəsizlik Şurasının katibi Yekaterina Tkeşelaşvili, jurnalist İnqa Qriqoliya, daxili işlər nazirinin müavini Eka Zquladze, prezidentin köməkçisi Marika Verulaşvili və deputat Eka Xerxeulidze tuturlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]