...

Azərbaycan səfirliyi Gürcüstan XİN ilə "BUKET"-in keçmiş kapitanının saxlanılması ilə bağlı məsləhətləşmələr aparır

Siyasət Materials 25 Avqust 2009 16:48 (UTC +04:00)
"Hazırda biz sözügedən fakt üzrə Gürcüstan tərəfi ilə məsləhətləşmələr aparırıq və hələki vətəndaşımızın hüquqlarının müdafiəsi üzrə sonrakı tədbirləri müəyyənləşdirə bilməmişik", - Mehdizadə bildirib.
Azərbaycan səfirliyi Gürcüstan XİN ilə "BUKET"-in keçmiş kapitanının saxlanılması ilə bağlı məsləhətləşmələr aparır

Gürcüstan, Tbilisi, 25 avqust / Trend , müxbir N.Kirsxaliya /

Azərbaycanın Gürcüstandakı səfirliyi "BUKET" gəmisinin keçmiş kapitanı, Azərbaycan vətəndaşı İlqar İmanverdiyevin saxlanılması ilə bağlı məlumat alıb. Bu barədə Trend -a səfirliyin məsləhətçisi Şövqi Mehdizadə bildirib.

Gürcüstan tərəfi təsdiqləyir ki, Panama bayrağı altında üzən gəminin kapitanı olduğu dövrdə İmanverdiyev dəfələrlə Gürcüstanın ərazi sularını pozub və kontrabanda ilə Abxaziyaya daxil olub.

"Hazırda biz sözügedən fakt üzrə Gürcüstan tərəfi ilə məsləhətləşmələr aparırıq və hələki vətəndaşımızın hüquqlarının müdafiəsi üzrə sonrakı tədbirləri müəyyənləşdirə bilməmişik", - Mehdizadə bildirib.

O qeyd edib ki, məsləhətləşmələrdən sonra Azərbaycan səfirliyi mövcud qanunvericilik çərçivəsində İmanverdiyevin hüquqlarının müdafiəsi üzrə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti