Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Bakıda Gimnastika Kompleksinin təməlqoyma mərasimində iştirak edib. Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısı Gimnastika Kompleksinin layihəsi ilə tanış olub. Məlumat verilib ki, 3,5 hektar ərazidə yerləşəcək kompleksdə gimnastların məşq keçmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait yaradılacaq.
Mehriban Əliyeva gilizi təmələ atıb və beton qarışığı töküb. Dövlət başçısı da təmələ beton qarışığı töküb.
Prezident mərasim iştirakçılarını təbrik edib, kompleksin inşası ilə bağlı tövsiyələrini verib, inşaatçılara uğurlar arzulayıb.