Gürcüstan, Tbilisi, 26 avqust / Trend , müxbir N.Kirsxalia /
Gürcüstanda 14 A/H1N1 qrip virusu hadisəsi aşkar edilib. Gürcüstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, Türkiyədə dostları ilə birgə istirahət edən gənc qız "donuz qripi"nə yoluxub.
Nazirlik qeyd edib ki, bu, Gürcüstana gətirilən növbəti virusdur və hələlik Gürcüstanın özündə heç bir xəstəlik hadisəsi və ya virusun bir insandan digərinə keçməsi halı aşkarlanmayıb. Buna qədər virusun ölkəyə gətirilməsi faktı Almaniya, İspaniya və İngiltərədən qeydə alınıb.
Yoluxmuş qızın vəziyyəti normaldır və o, həkimlərin nəzarəti altındadır.
Gürcüstanda qeyd edilmiş 13 virusun aşkar edilməsi hadisəsi isə yüngül xarakterə malik olub və xəstələr tez sağalıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]