Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncanla 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 16 min nəfərə yaxın sakini olan 27 kəndi birləşdirən Samur-Həzrə yolunun yenidən qurulması məqsədi ilə Qusar Rayon İcra Hakimiyyətinə 6,5 milyon (altı milyon beş yüz min) manat məbləğində vəsait ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan vəsaitin ödənilməsini təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.