...

Azərbaycan və Qazaxıstan müqavilə-hüquq bazasını yeniləşdirəcəklər

Siyasət Materials 28 Avqust 2009 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir V.Javoronkova /

Azərbaycan və Qazaxıstan hökumətlərində əməkdaşlıq üzrə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri zamanı imzalanacaq ikitərəfli müqavilə paketi üzərində işlər həyata keçirilir. Nazarbayevin səfəri 30 sentyabr - 1 oktyabr tarixinə nəzərdə tutulub, cümə günü jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib.

Sənədələr avtomobil nəqliyyatı, kənd təsərrüfatı, fövqəladə halların nəticələrinin aradan qaldırılması, gəmiçilik və s. sahələrdə əməkdaşlıq məsələlərini əhatə edir.

Hazırda səfər proqramı və gündəliyin hazırlanması üzrə işlər aparılır.

Prezidentin səfərinə kimi iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti