Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir A.Axundov /
Fransa Türkiyə və Ermənistanı "Diplomatik münasibətlərin qurulması üzrə protokol" və "İkitərəfli münasibətlərin inkişafı barədə protokol"un imzalanmasına dair "daxili siyasi məsləhətləşmələr"in başlanması barədə razılığın əldə olunması ilə əlaqədar təbrik edib, çərşənbə axşamı Anadolu agentliyi ölkə prezidenti administrasiyasına istinadən bildirib.
"Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması regionda stabilliyi təmin edəcək tarixi hadisə olacaq", - bəyanatda deyilir.