...

Almaniyanın hərbi ekspertləri Gürcüstan Müdafiə Nazirliyinin NATO-nun kodifikasiya sisteminə qoşulmasına hazırlaşırlar

Siyasət Materials 2 Sentyabr 2009 20:47 (UTC +04:00)
Almaniya Bundesverinin polkovniki Klaus Diter Blisin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir. Səfərin əsas məqsədi NATO-nun vahid kodifikasiya sisteminə Gürcüstan Müdafiə Nazirliyinin inteqrasiyasıdır.
Almaniyanın hərbi ekspertləri Gürcüstan Müdafiə Nazirliyinin NATO-nun kodifikasiya sisteminə qoşulmasına hazırlaşırlar

Gürcüstan, Tbilisi, 02 sentyabr / Trend , müxbir N.Kirtsxaliya /

Almaniya Bundesverinin polkovniki Klaus Diter Blisin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir. Səfərin əsas məqsədi NATO-nun vahid kodifikasiya sisteminə Gürcüstan Müdafiə Nazirliyinin inteqrasiyasıdır.

Hazırda logistika mərkəzinin kodifikasiya zabitləri gürcü həmkarları ilə təcrübələrini bölüşdürürlər. Onlar NATO ilə birgə kodifikasiya sistemlərinin təkmilləşdirilməsinin texniki tərəfləri haqqında danışıblar.

Tanışlıq xarakterli təqdimatları informasiya texnologiyaları, standartlaşdırma və kodifikasiya departamentinin əməkdaşları da keçirib.

Almaniya və Gürcüstanın müdafiə idarələri arasında əməkdaşlıq 2009-cu ildə imzalanan ikitərəfli əməkdaşlıq planı çərçivəsində həyata keçirilir, Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti