...

Türkiyə Yunanıstanı Kipr üzrə danışıqlara yardım etməyə çağırır

Siyasət Materials 4 Sentyabr 2009 11:29 (UTC +04:00)
Türkiyə Yunanıstanı Kipr üzrə danışıqlara yardım etməyə çağırır

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir A.Axundov /

Türkiyə Yunanıstanı Kipr məsələsi üzrə danışıqlara yardım etməyə çağırır, bu barədə cümə axşamı Türkiyən XİN-in mətbuat katibi Burak Özügergin bildirib, Anadolu agentliyi xəbər verir.

"Yunanıstan bu ilin sonuna kimi Kipr məsələsinin tam həllinə nail olunması üzrə prosesə dəstək və yardım etməlidir", - Özügergin bildirib.

Onun sözlərinə əsasən, Türkiyənin bu məsələni 2009-cu ilin sonuna kimi həll etmək istəyi bütün maraqlı tərəflərə məlumdur.

"Xarici işlər naziri Əhməd Davudoğlunun Şimali Kipr Respublikasına bu yaxınlardakı səfərinin məqsədi də məhz bu idi", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti