Azərbaycan, Bakı, 04 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /
Azərbaycanın paytaxtındakı küçələrdən birinə bomba qoyulması barədə yalan məlumatın 11 yaşlı məktəbli tərəfindən verildiyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, dünən saat 15.54-də naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin "112 zəng xidməti"nə zəng edərək 20 Yanvar küçəsinə bomba qoyulması barədə məlumat verib.
Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb və müvafiq tədbirlər görülüb. Lakin məlumat təsdiqini tapmayıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatın Şəmkir rayonu Şiştəpə kənd sakini Əliqan Mahmudova məxsus telefondan onun oğlu 11 yaşlı Nuri tərəfindən verilməsi müəyyən edilib.
Məqalə müəllifi ilə əlaqə unvanı:[email protected]