...

Türkiyə-Gürcüstan strateji əməkdaşlığı yeni impuls alacaq – Gürcüstan XİN

Siyasət Materials 7 Sentyabr 2009 14:30 (UTC +04:00)
Türkiyə-Gürcüstan strateji əməkdaşlığı yeni impuls alacaq, Gürcüstanda səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə birgə brifinqdə Gürcüstan xarici siyasət idarəsinin rəhbəri Qriqol Vaşadze bildirib.
Türkiyə-Gürcüstan strateji əməkdaşlığı yeni impuls alacaq – Gürcüstan XİN

Gürcüstan, Tbilisi, 07 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Türkiyə-Gürcüstan strateji əməkdaşlığı yeni impuls alacaq, Gürcüstanda səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə birgə brifinqdə Gürcüstan xarici siyasət idarəsinin rəhbəri Qriqol Vaşadze bildirib.

"Strateji əməkdaşlığımızı daha da konkretləşdirmək və bu məqsədlə yeni formatda sıx əlaqələr yaratmaq niyyətindəyik", - o qeyd edib.

Vaşadzenin sözlərinə görə, iki dövlətin XİN rəhbərləri hər üç ayda bir dəfə qonşu ölkələrə səfər edəcəklər. "Müxtəlif məsələlər üzərində işləyəcək işçi qrup yaratmışıq. Baxılan məsələlər nazirlər səviyyəsində qoyulacaq", - Gürcüstan XİN rəhbəri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti