...

Poti məhkəməsi Azərbaycan vətəndaşını - "BUKET" gəmisinin keçmiş kapitanını azad edib

Siyasət Materials 7 Sentyabr 2009 18:09 (UTC +04:00)
Poti məhkəməsi "BUKET" gəmisinin keçmiş kapitanı, Azərbaycan vətəndaşı İlqar İmanverdiyevə dair həbs qətimkan tədbirini dəyişib. O, 10 min lari (1 dollar - 1,68 lari) girov müqabilində azadlığa buraxılıb.
Poti məhkəməsi Azərbaycan vətəndaşını - "BUKET" gəmisinin keçmiş kapitanını azad edib

Gürcüstan, Tbilisi, 07 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Poti məhkəməsi "BUKET" gəmisinin keçmiş kapitanı, Azərbaycan vətəndaşı İlqar İmanverdiyevə dair həbs qətimkan tədbirini dəyişib. O, 10 min lari (1 dollar - 1,68 lari) girov müqabilində azadlığa buraxılıb. Bu barədə Trend -a bu gün Gürcüstanın sərhəd polisi xəbər verib.

Avqustun 26-da Poti məhkəməsi ilkin qətimkan tədbiri qismində İmanverdiyevi iki aylıq həbsdən azad etmişdi.

İmanverdiyev Panama bayrağı altında üzən "BUKET" gəmisinin kapitanı olduğu dövrdə dəfələrlə Gürcüstanın ərazi sularını pozmaqda və qaçaqmal yükü ilə Abxaziyaya daxil olmaqda günahlandırılıb.

Gəmi avqustun 15-də 24 il müddətinə azadlıqdan məhrum edilən Türkiyə vətəndaşı, yeni kapitan Mehmet Öztürkün başçılığı altında Poti akvatoriyasında saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti