...

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları NATO-nun təşkil etdiyi təlimlərdə iştirak edir

Siyasət Materials 8 Sentyabr 2009 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları NATO-nun təşkil etdiyi təlimlərdə iştirak edir.

Trend -un məlumatına görə, nazirliyin rəsmi internet saytının yaydığı məlumata görə, 27 nəfərdən ibarət axtarış-xilasetmə və kimyəvi, bioloji, radioloji və nüvə komandası sentyabrın 5-dən 11-dək Almatı şəhərinin yaxınlığında təşkil olunan "ZHETYSU 2009" beynəlxalq təlimində iştirak edir.

Təlimlər NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika Koordinasiya Mərkəzinin və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Təlimin əsas məqsədi Qazaxıstan ərazisində baş verə biləcək fövqəladə hal zamanı beynəlxalq və yerli xilasetmə bölmələrinin birgə fəaliyyəti üzrə təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Tədbirə NATO-nun üzv və tərəfdaş dövlətlərindən 26 ölkə, eləcə də Birləşmiş Millətlər Təşkilatının, Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin müvafiq strukturları cəlb olunub. Bütövlükdə, tədbirdə 1500 nəfərdən çox təlim iştirakçısı və müşahidəçi iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti