Qeyri-formal sammitin dörd iştirakçısı - Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Dmitri Medvedev, Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov Aktauya gəliblər. Bu barədə KazTAQ-ın xüsusi müxbirinə vilayət akimatından bildiriblər.
"Dörd prezidentin hər biri artıq gəlib və görüşə gedib", - həmsöhbət məlumat verib.
Əvvəl məlumat verildiyi kimi, Aktauda sentyabrın 11-dən 13-dək Xəzəryanı dövlətlərin rəhbərlərinin qeyri-formal sammiti keçiriləcək.
Sammitdə iştirakçılar postsovet məkanında inteqrasiya birlikləri, o cümlədən MDB çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədirlər.
Bundan başqa, regionun enerji və nəqliyyat problemlərinin müzakirəsi də planlaşdırılıb.