...

Azərbaycan Prezidenti TÜRKSOY-un baş direktorunu qəbul edib

Siyasət Materials 17 Sentyabr 2009 17:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı TÜRKSOY-un baş direktoru Düsen Kaseinovu qəbul edib.
Azərbaycan Prezidenti TÜRKSOY-un baş direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı TÜRKSOY-un baş direktoru Düsen Kaseinovu qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Baş direktor TÜRKSOY ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. O deyib ki, "Bakı İslam mədəniyyətinin paytaxtıdır" proqramı çərçivəsində TÜRKSOY-un hazırladığı layihəyə əsasən "Üzeyir musiqi günü" münasibətilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasının sentyabrın 18-də Bakıda səhnəyə qoyulacağı planlaşdırılır. Qonaq bu əsərin Türkiyədə, Qazaxıstanda və Qırğızıstanda çox böyük maraqla qarşılandığını vurğulayıb.

Dövlət başçısı bu layihənin xalqların bir-birinə daha da yaxınlaşması, ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından yaxşı imkan yaradacağını qeyd edib və onun əhəmiyyətini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan ilə TÜRKSOY arasında geniş perspektivlərə malik əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti